gundem / hadise
31.01.2022, 16:45
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "dogruxeber.tv"a bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi ehtimal olunur.



