Bələdiyyə sədrinin ağacları kəsməsinə görə cinayət işi açıldı

Qazax rayonu Xanlıqlar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş material üzrə araşdırma aparılıb.

Bu barədə "dogruxeber.tv"a Qazax rayon prokurorluğundan bildirilib. Məlumata görə, aparılmış araşdırmalarla, Qazax rayonu Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə kənd ərazisində yerləşən qovaq ağaclarının quruyaraq əhali üçün təhlükə yaratmasını əsas gətirərək 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yalnız budanmasına razılıq verilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Sənan Heydanov ilə razılığa gəlib 26 yanvar 2022-ci il tarixdə bələdiyyə mülkiyyətində meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə 6 ədəd qovaq ağacını qanunsuz olaraq kəsdirərək sonuncuya məxsus fermaya daşınması nəticəsində təbiətə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər