gundem / Təhsil
16.02.2022, 09:45
Universitetlərdə yaz semestri başladı
Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin yaz semestr dərsləri başlayıb.
"dogruxeber.tv" xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar dərslər ənənəvi və onlayın formada keçirilir.
Dərslər mayın 31-nə kimi davam edəcək.
İyunun əvvəlindən isə semestrin imtahan sessiyası başlayacaq.
Qeyd edək ki, tələbələrin qış tətili fevralın 1-dən 16-dək davam edib.



