"Dedi ki, intim münasibətdə olmaq istəyirəm" - Bakıda həkimlə xəstə arasında QALMAQAL

"dogruxeber.tv" xəbər verir ki, bir neçə gün öncə Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda pasiyentlə həkim arasında xoşagəlməz hal yaşanıb.

Bu barədə "Unikal"a şikayətçi Aytac Əhmədova məlumat verib. O bildirib ki, hadisə 25 yanvar tarixində baş verib:

"Həmin gün Ağciyər institutunda yanğın baş verdi. Bu zaman xəstələri başqa yerə köçürürdülər. Mən isə palatamda qalacağımı deyib, etirazımı bildimişəm. Bir də gördüm ki, qapı açıldı və xəstəxananın şöbə müdiri Zaur Həsənov otağıma gələrək, “Sən hələ getməmisən?”, - deyə mənə sual verdi. Mən də ona dedim ki, getmirəm. Bu zaman mənə dedi ki, sənə bir söz deyəcəyəm, səninlə bir gecəlik intim münasibət yaşamaq istəyirəm. Mən isə qapını açıb çıxmağını tələb etdim. Mənə dedi ki, əsəbiləşmə, nə dedim ki?! Bundan sonra gözlədim ki, o, məndən etdiyi hərəkətə görə üzr istəyər, amma o bunu etmədi. Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Prokurorluğuna ərizə yazaraq müraciət etmişəm".

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Zaur Həsənov "Unikal"a açıqlamasında bildirib ki, A.Əhmədovanın iddiaları əsassızdır: "Onlar məni şöbə müdirliyindən kənarlaşdırmaq üçün bunu edirlər. Dedikləri hamısı şər-böhtandır. Mən artıq həmin qadınla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm".

Qeyd edək ki, 28 yaşlı Aytac Əhmədova noyabr ayının 25-dən institutun vərəm şöbəsində xəstə kimi qeydiyyata alınıb. O, burada dekabr ayının 13-nə qədər müalicə alıb. Daha sonra evə buraxılıb. Evdə halı pis olduqda həkimi ilə əlaqə saxlayıb və yenidən xəstəxanaya dəvət edilib. Nəhayət, fevralın 8-də o, xəstəxanadan ayrılıb. A.Əhmədova MDR xəstəsi olduğunu, lakin müalicə olunduğu dövrdə bu barədə ona düzgün məlumat verilmədiyini də iddia edib.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər