gundem / hadise
23.02.2022
Bakıda avtomobil 60 yaşlı qadını vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv məlumat verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil 1962-ci il təvəllüdlü Hüseynova Sədaqət Canan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.



