Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi müraciət yayıb.

Səfirlikdən "dogruxeber.tv"a daxil olan müraciətdə bildirilib ki, 2 mart tarixində Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələri xahiş olunur.

“Avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı whatsapp nömrəsinə yaxud consulwarsaw@mission.mfa.gov.az elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən
sənədin) surəti (fotoşəkli);

2) Hazırda yerləşdirildiyi ünvan;

3) Telefon nömrəsi (və olduğu təqdirdə whatsapp nömrəsi);

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı ilk növbədə qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər