Cavid Qurbanov: Köhnə eşalonun YADİGARI...

dogruxeber.tv: - Az əvvəl məlum oldu ki, Dövlət Xidməti dəmir yolu sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar iş qaldırıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Blidirilib ki, dəmir yolu vasitəsilə xidmətlərin göstərilməsi sahəsində antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırmalar aparılıb.

Araşdırmalar nəticəsində vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən “Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

Onu da qeyd edək ki, Cavid Qurbanov ARDNŞ rəhbərliyində dəyişiklik baş verəndən sonra ciddi təlaş içindədir və sıranın nəhayətdə ona çatacağını tam olaraq təxmin etməkdədir.

""Azərbaycan Dəmiryolları"nın rəhbərliyində dəyişiklik olacaq. Artıq qərar verilib və Cavid Qurbanovun sürəsi dolmuş hesab olunur". Bu barədə isə hələ bir müddət əvvəl yerli KİV-də informasiyalar yayılmışdı. DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan son informasiyalarda isə qeyd olunur ki, ölkənin baş dəmiryolçusu ilə bağlı ilk əvvəl TƏFTİŞ qərarının icrası həyata keçiriləcək.

Xəbəri verən qaynaq iddia edir ki, yetərincə böyük varidat və sərvət toplamağa müvəffəq olmuş Cavid Qurbanov hazırda iqtidar düşərgəsində təmsil olunan tək-tük oliqarx-məmurlardan - köhnə eşalonun yadigarlarından biri hesab olunur.

Mənbənin dia.az-a söylədikləri: "Cavid Qurbanov cəmiyyətdə ən çox qıcıq yaradan məmurlardan biri hesab olunur. Təbii ki, onunla yolları ayırmaq iqtidarın da maraqlarındadır".

Bir başqa mənbə isə iddia edir ki, bu il eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin də təftiş olunacağı planlaşdırılır. Bu isə Cavid Qurbanova ən ali səviyyədə etimadsızlığın olması ilə əlaqələndirilir.

Məlumatlara görə, Cavid Qurbanovla yanaşı onun son zamanlar formalaşdırmağa çalışdığı "Kəlbəcər klanı" da itkilərə məruz qalacaq: "Cavid Qurbanov özünə əməlli-başlı komanda qurub. Neçə-neçə icra başçısı, vəzifəli şəxslər bu gün əmri Qurbanovdan alır. Gözlənilən prosesin onları da hədəfə gətirəcəyi şübhəsizdir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.//dia.az

Oxunub: 612

Son xəbərlər

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

Bütün xəbərlər