gundem / Cəmiyyət
15.03.2022, 09:20
Ruslan Əliyev bölgələrdə birlik əməkdaşları ilə görüşüb - FOTO
"dogruxeber.tv" xəbər verir ki, 14.03.2022-ci il tarixdə "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Əliyev Şamaxı rayonunda bir qrup birlik əməkdaşları ilə görüşüb. O, müavini Ramil İsgəndərovla birgə onların iş şəraiti ilə yanaşı, mövcud vəziyyətləri ilə də yaxından maraqlanıb. Birlik əməkdaşlarının hər birinə problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb. Daha sonra Ağsu Regional Qaz İstismar İdarəsinin tabeliyində olan Ağsu, Şamaxı, Qobustan, Kürdəmir, Ucar, Göyçay və İsmayıllı xidmət sahələrinin ümumilikdə 28 əməkdaşı "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev öz şəxsi facebook hesabında məlumat verib və sonda, "Görülən işlərin çox hissəsi məhz nəzarətçi-çilingərlərin əziyyətinizin bəhrəsidir. Bütün əməkdaşlarımıza gələcək işlərində uğurlar arzulayıram." sözləri ilə arzularını ifadə edib.











