gundem / hadise
16.03.2022
Evdən 72 yaşlı qadının meyiti tapılıb
Sumqayıt şəhərində evdən meyit tapılıb.
"dogruxeber.tv" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Belarusova Zoya Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.



