"Putinlə bütün məsələləri ətraflı müzakirə edəcəyəm" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbəri Vladimir Putinlə Krım və Donbası müzakirə etməyə hazır olduğunu bildirib.

"dogruxeber.tv" bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Zelenski işğal olunmuş Krımın və Donbasın Ukraynanın nəzarəti altına qaytarılması məsələsini “hamı üçün çətin tarix” adlandırıb. Dövlət başçısı qeyd edib ki, Putinlə Krım və Donbası müzakirə etməyə hazırdır.

"Və orada hansısa çıxış yolu tapmaq üçün siz bu ilk addımı atmalısınız: təhlükəsizlik zəmanətləri, müharibənin sonu. Çünki hər şey qaynardır. Və bu mərhələ bitəcək, ondan sonra danışaq. Rusiya Prezidenti ilə ilk görüşdə mən bu məsələləri qaldırmağa hazıram - işğal olunmuş ərazilərlə bağlı, onlar aktualdır, bizim üçün vacibdir”, - Zelenski diqqətə çatdırıb.

“Əminəm ki, görüşdə bu qərar verilməyəcək. Çünki, tam səmimi desək, təhlükəsizlik təminatları məsələlərində konstitusiya dəyişikliklərindən də danışacağıq", - Ukrayna lideri əlavə edib.

O, həmçinin bildirib ki, Putinlə hazırda görüş olacağı təqdirdə heç bir çağırışlar və tarixi çıxışlar olmayacaq.

"Mən onunla dövlətimizin gələcək risklərinə yer qoymadan bütün məsələləri ətraflı müzakirə edəcəyəm. Rusiya Federasiyasını çaşdıran və narazı salan hər şeydən keçməyə çalışacağam və Ukrayna xalqının düşündüyü hər şeyi ətraflı deyəcəm. İmkanım və Rusiyanın istəyi olsa, biz bütün məsələləri həll edəcəyik. Hamısını həll edəcəyikmi? Yox. Amma heç olmasa müharibəni dayandırmaq şansımız var. Qərar olmadan bu mümkün deyil", - Ukrayna lideri bildirib.

"Putin bizi məhv etməklə özünü məhv edir", - Zelenski fikirlərini reallaşdırıb.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər