gundem / dunya
23.03.2022
Taliban məktəblərin yenidən açılması qərarını ləğv etdi
Əfqanıstan Təhsil Nazirliyi altıncı sinifdən yuxarı qızlar üçün məktəblərin açılmasını növbəti xəbərdarlığa qədər təxirə salmaq barədə qərar qəbul edib.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik dərslərin bərpa olunmazdan əvvəl "şəriət, əfqan adət-ənənələri və mədəniyyətinə uyğun hərtərəfli plan"ın hazırlanmalı olduğunu bildirib.
Bundan əvvəl nazirlik Əfqanıstanın bir sıra mərkəzi və şimal əyalətlərində məktəblərin martın 23-də açılacağını açıqlamışdı.



