Saatlıda brakonyerliyə qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Tədbirlər zamanı elektrikli qurğularla ilə balıq ovlayan iki nəfər saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, balıq və digər su bioresurslarının qanunsuz ovlanması hallarının qarşısının alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər gecə saatlarında baş tutub. Əsasən su kanallarının keçdiyi kəndlərdə aparılan nəzarət-profilaktiki tədbirlər zamanı su hövzələrində sintetik torların qurulub-qurulmaması yoxlanılıb. Tədbirlər zamanı qeyd olunan qayda pozuntusu halları aşkarlanmayıb.
Lakin şöbə əməkdaşları tərəfindən rayonun Hacıqasımlı kəndi ərazisində aparılan nəzarət tədbirləri zamanı iki nəfər rayon sakininin kustar üsulla hazırlanmış elektrikli qurğudan istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Qaydaları pozaraq ekologiyaya ciddi ziyan vuran həmin şəxslər polislər tərəfindən saxlanılıb, onlardan istifadə etdikləri qanunsuz qurğular və ovlanmış balıqlar maddi sübut kimi götürülüb.
Hər iki şəxs barəsində Saatlı RPŞ-də araşdırmalar aparılır.
Qeyd etmək istəyirik ki, bu cür üsullarla balıq ovlanması qadağandır. Belə hallarla qarşılaşdıqda vətəndaşlardan mütləq qaydada Su Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə polis şöbəsinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Bütün xəbərlər