Bu vurhavurda manatın AQİBƏTİ NECƏ OLACAQ? - GƏLİŞMƏ

dogruxeber.tv: - Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları ABŞ dollarının dominantlığını tədricən zəiflədə və beynəlxalq valyuta sisteminin daha da parçalanması ilə nəticələnə bilər.

Qeyd olunur ki, dollar Ukraynada davam edən müharibə və Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyalar fonunda əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin qlobal valyuta sisteminin kiçik səviyyədə parçalanması mümkündür. O, müharibənin rəqəmsal maliyyənin, o cümlədən kriptovalyutaların, "stablecoin"lərin və mərkəzi bankların rəqəmsal valyutalarının istifadəsinin genişlənməsinə təkan verəcəyini bildirib.

Eyni zamanda qlobal ticarətdə digər valyutaların daha çox istifadəsi mərkəzi bankların ehtiyat aktivlərinin diversifikasiyasına səbəb ola bilər. Mövzunu Bizim.Media üçün şərh edən maliyyə eksperti Əkrəm Həsənov BVF-nin proqnozunun yaxın illər üçün olmadığını qeyd edib:

“Ümumən, ABŞ dollarının dominant mövqeyinin onsuz da zəifləyəcəyi gözlənilirdi. Bununla bağlı əvvəllər də proqnozlar irəli sürlüüb. Təbii ki, belə geosiyasi konfliktlər də buna öz təsirini göstərir. Lakin bu uzunmüddətli prosesdir və yaxın illərdə baş verəcək məsələ deyil. Bu hələ xeyli davam edəcək”.

Ekspert mümkün dəyişikliklərin manata təsirlərini də analiz edib:

“Bu proses yaxın vaxtlarda Azərbaycan manatı üçün təhlükə törətmir. Əksinə, dollar konflikt dönəmində daha da güclənəcək. Lakin bu o demək deyil ki, vəziyyət belə də davam edəcək. Çünki neftin də qiyməti bahalaşır və Azərbaycanın da əsas valyuta gəlirləri neftlə bağlıdır. Ona görə də bizim manat üçün təhdid yoxdur. Lakin uzunmüddətli prosesdə, 5-10 illik dövr ərzində dünyada ciddi dəyişikliklərin baş verməsi mümkündür”.

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər