"Yaxın günlərdə müharibənin daha fəal fazası başlaya bilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Bir gün əvvəl isə Türkiyə lideri ilə Ukrayna dövlət başçısı Zelenski arasında telefon danışığı olmuşdu. Liderlər nümayəndə heyətlərinin İstanbul görüşünü və proseslərin gələcək perspektivlərini müzakirə ediblər. dogruxeber.tv xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ankara tərəflər arasında vasitəçi olmaqda, onları diplomatiya masası arxasına gətirməkdə və müharibəyə son qoymaqda israrlıdır:

"Savaşın bitməsinin Türkiyəyə vəd etdiyi dividentlər bəllidir. Yəqin ki, yaxın vaxtlarda prezidentlərin görüşü ilə bağlı razılıq əldə olunacaq. Amma bu, Qərb üçün arzuolunan deyil. İndi həm də Türkiyə ilə Qərb arasında mübarizə gedir. Qərb ölkələrinin tərəfləri cilovlamaq əvəzinə, Rusiyanı daha da aqressivləşdirmələri, Ukraynanı silahlandırmaları bunu deməyə əsas verir. Kremlə tətbiq olunan sanksiyaların məqsədi müharibəyə son qoymaq yox, həmin dövləti zəiflətməkdir. Bu müddət ərzində Ukraynanın nə qədər zərər görəcəyi isə ABŞ və müttəfiqlərini maraqlandırmır”.

Müsahibimiz deyib ki, Qərb müharibənin davam etməsi üçün çox şey etməyə hazırdır:

"Bu mənada Türkiyəyə təzyiqlərin artması ilə yanaşı, yaxın günlərdə süni formada savaşın daha fəal fazasının başlanması da mümkündür. Bu nöqteyi- nəzərdən Vaşinqtonun Kiyevə dəstəyinin artması da istisna deyil. Moskva zəiflədiyini, döyüş şəraitinə nəzarəti itirdiyini gördükcə qıcıqlanacaq, soyuqqanlı düşünmək istəməyəcək. Beləliklə, sülh ehtimalı aşağı düşəcək. Bu mənada proseslər Türkiyənin, yoxsa Qərbin daha cəld tərpənəcəyindən, hansının daha effektiv addımlar atacağından asılıdır.

Bütün hallarda müharibəyə ən qısa vaxtda son qoyulması və Qərbin planlarının puç olması ehtimalı daha çoxdur. Çünki birincisi, savaşın uzanması nə Moskvaya, nə də Kiyəvə sərf edir. İkincisi, Türkiyə hər iki tərəflə yaxşı münasibəti olan, "dil tapan" və etibar qazanmış, bəlkə də, yeganə ölkədir. Yəni Putin də, Zelenski də Ərdoğanın çağırışlarına etinasız yanaşmaq istəməzlər. Üçüncüsü, Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Alyans daxilində Ankara ilə hesablaşırlar. Bir sözlə, yaxın həftələr həlledicidir. Proseslər artıq təkcə Rusiya ilə Ukrayna arasında müharibə yox, həm də Qərblə Türkiyənin mübarizəsidir”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər