gundem / iqtisadiyyat
12.04.2022, 09:30
Neft bahalaşdı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 1,71% artaraq 1 barelə görə 100,16 dollar təşkil edib.
"dogruxeber.tv" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,9% artaraq 96,08 dollar təşkil edib.



