gundem / dunya
13.04.2022, 13:31
Rusiyada son sutkada 12 minə yaxın insan koronavirusa yoluxub
Rusiyada son sutka ərzində daha 11 754 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
dogruxeber.tv-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 030 579 nəfərə çatıb.
Son sutka ərzində 267 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 372 512 nəfərə çatıb.



