Şəmkirdə fermerlər QAN AĞLAYIR... - “Suvarma vaxtı sahələrdə bel davasına çıxırıq”

dogruxeber.tv: - “Hər kənddən 3-5 min manat yığırlar, artezian vururlar. Bizim kəndin əhalisi çox kasıbdır, istədikləri pulu toplaya bilmirik deyə, quyunu yarımçıq qazıb, çıxıb gediblər”.

10 ay əvvəl Prezident İlham Əliyev “Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, Şəmkir və Tovuz rayonlarının 17 yaşayış məntəqəsində (ümumilikdə 105 min 153 nəfər əhalini əhatə edir) bu məqsədlə 20 ədəd subartezian quyusu layihələndirilməli və qazılmalıdır. Buna görə Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,4 milyon manat ayrılıb. Bu quyuların 10-u Şəmkirin payına düşüb.

“Düşüblər kəndin canına, pul dilənirlər”

Yeni yol kəndinin sakini Polad Vəliyevin sözlərinə görə, artezian quyusunu kəndlilərdən pul toplamaqla qazırlar:

“Şəmkirin 54 kəndi var, ən kasıbı Yeni yol və Konüllü kəndləridir. Quyuları qazmağa başlayanda bizim kəndləri ən axıra saxladılar. Gəlib kəndlilərdən quyu qazmaq üçün pul dilənirlər. Layihəyə görə Şəmkirin payına 10 quyu düşür, hər quyuya görə də 70 min manat ayrılıb. O quyu mənim pulumla qazılacaqsa, bəs o 70 min manat kimin cibindədi? Gəlib baxa bilərsiniz, kəndin əkin sahələrinin yanında yarımçıq qazıb, aradan çıxıblar”.

“Qazıntını yarımçıq atıb, getdilər”

Kənd sakini deyir, martın sonunda əkin sahələrinin yaxınlığına fəhlələr və qazıntı işləri aparmaq üçün ağır texnikalar gətirilib. Təxminən 4-5 gün ərzində qazıntı işləri aparılıb. Ancaq fəhlələr onlara ödəniş olunmadığını bildirərək işləri yarımçıq dayandırıblar:

“Dedilər ki, bizə avans verilməlidir, bizi aldadıb pulumuzu vermirlər. İşi dayandırdılar. Onsuz da onların naharını da yığışıb biz verirdik. Dedik, hələlik cibxərcliyi verək, sonra maaşınızı da sahibinizdən alarsınız, ancaq işi dayandırmayın. Razılaşmadılar, çıxıb getdilər”.

“Suvarma vaxtı sahələrdə bel davasına çıxırıq”

Polad Vəliyev qazıntısı yarımçıq qalmış artezian quyusunun gələcəkdə əkin sahələri üçün vacibliyindən danışır. Deyir, ümumilikdə 454 hektar olan əkin sahələrində suvarma mövsümündə qırğınlar yaşanır:

“Suvarma vaxtı çatanda qardaş qardaş üçün keçmir, inanın ki, kənddə ata oğulu, qardaş qardaşı qırır suya görə… Bütün yayı qonşu qonşuyla polisə düşür, qardaş qardaşla… Burda elə qırğınlar olur ki, suvarma vaxtı… Sahələrdə insanlar bellə davaya çıxır, bir-birinin başını yarır. Çünki sahəsi var. Səbəb də odur ki, əvvəllər su Şəmkirin dağlarından gəlirdi, sonra Dəryaçay su anbarı yaradıldı, suyu ordan verdilər. Bütün kəndlərə su ordan verilir. Bizim kəndə ay ərzində 3 dəfə növbə çatır, o su da kimin sahəsinə çatar, kimin sahəsinə çatmaz… Hamı istəyir sahəsi su görsün, məhsul versin. İnsanlar əzab-əziyyətlə əkin işləri aparır, susuzluqdan hamısı məhv olur”.

Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərov Meydan TV-yə bildirilib ki, şikayətçi Polad Vəliyevi dinləyib və məsələ yaxın günlərdə həllini tapacaq:

“Baxmayaraq ki, bu işlərin mənə aidiyyəti yoxdur, bununla belə mən vətəndaşa da bildirdim ki, 2-3 günə məsələ həllini tapacaq”.

Şəmkir Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər görülür, hər il yeni artezian və subartezian quyular istifadəyə verilir. Hazırda da kəndlərdə bu işlər davam etdirilir.

Son xəbərlər

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Bütün xəbərlər