Dollar bazarı “vurur”: Milli valyutalara böyük təzyiq - NƏ ETMƏLİ?

“Növbəti bir neçə iclasda əlavə 50 əsas bəndlik faiz artımı müzakirə edilməlidir”.

dogruxeber.tv: - Bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel FED-in faiz dərəcəsini 50 bənd artırmasından sonra keçirdiyi mətbuat konfransında deyib. İnflyasiyanın çox yüksək olduğunu və bunun yaratdığı çətinliyin fərqində olduqlarını ifadə edən Pauel inflyasiyanın azaldılması üçün sürətli addım atdıqlarını qeyd edib.

İqtisadiyyatın son 2 ildə çətin yol keçdiyini və dayanıqlı olduğunu sübut etdiyini vurğulayan Pauel inflyasiyanın aşağı salınmasının hər kəsə fayda verən güclü əmək bazarı şərtləri üçün çox vacib olduğunu açıqlayıb. Pauel, həmçinin, bankın balansının ölçüsünü əhəmiyyətli dərəcədə azaltmaq prosesinə başladıqlarını da bildirib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 50 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb. Bu, 2000-ci ildən bəri ən böyük faiz artımı olub.

Mövcud faiz artımı bazara necə təsir edəcək? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Ruslan Atakişiyev Cebhe. info-ya bildirib ki, ümumiyyətlə, FED-in son dövrlər apardığı siyasət və verdiyi qərarı əslində Amerika iqtisadiyyatının müasir dövrdə həm qarşıya qoyduğu hədəflər, həm də qlobal vəziyyətdə dəyişən proseslərə reaksiyasının daha da optimallaşması, bununla yanaşı kapital axını, qiymətli kağızlar bazarının stimullaşdırılması kimi məsələləri mütənasib qaydada tənzimləmək məqsədilə həyata keçirib:

“Bu baxımdan hesab edirəm ki, ABŞ iqtisadi baxımdan daha çox inteqrasiya olunmuş bir ölkədir və dünya iqtisadiyyatında məhsulun 50 faizdən çoxu Amerikadan kənarda formalaşır. O cümlədən də ABŞ dolları dünyada əsas valyuta mübadiləsində iştirak edir. FED də pandemiyadan çıxış vəziyyətinə uyğun olaraq bir neçə addımlar atmışdı. Pul emissiyasının artırılması, o cümlədən də bir sıra tədbirlərin görülməsi buna misal ola bilər. Eyni zamanda, son dövrlər ABŞ-ın dolayı yolla Rusiya-Ukrayna münaqişəsində iştirakı və bununla da maliyyə tənzimləməsi məsələləri fonunda bu addımlar məhz dolların qorunub saxlanması, o cümlədən iqtisadi stimulu həyata keçirmək üçün atılıb”.

Ekspertin fikrincə, FED-in dolların mövqeyinin möhkəmlənməsi, mübadilə vasitəsi, hegemon vəziyyətinin kimi qorunub saxlanması, bunun fonunda yuan, avro, rubl və digər valyutalara qarşı dolayısı və birbaşa təsiri olur:

“Dünyada son dövrlər Rusiya, Çin, Türkiyə və digər ölkələr dollardan imtinası və milli valyutadan istifadə məsələsi də gündəmə gəlib. Hazırda bu qərarlar da həmin məsələlərə reaksiyadır”.

Baş verən proseslərin devalvasiyaya gətirib çıxaracağına gəldikdə isə ekspert deyir ki, Azərbaycanda devalvasiya idarəolunandır:

“Daha çox hökumətin qərarına bağlıdır. Hər zaman müxtəlif proseslər nəticəsində təzyiqlər ya artır, ya da azalır. Ancaq o təzyiqlərin nisbəti və devalvasiya qərarı verilməsi hökumətin qərarı olduğuna görə təsirləri yumşaldır”.//dia.az

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər