Manatımızı dollara çevirək: YA YOX? - AÇIQLAMA

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini 0,5% artıraraq 0,75-1% həddinə çatdırması və növbəti iclaslarda 0,5% artıma gediləcəyi ilə bağlı açıqlamaları dolları digər valyutalar qarşısında bahalaşdırır.

Belə ki, ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimumuna yüksəlib və 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.
iqtisadçı Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, dolların məzənnəsinin avro ilə eyniləşməsi ehtimalı var və bu, mümkün ssenaridir. FED uçot dərəcəsini artırsa da, Avropa Mərkəzi Bankı hələ də ucuz pul siyasətini həyata keçirir və iqtisadiyyata pul yatırır. Faiz artımının gündəliyə gətirilməsi üçün bu proseslər dayanmalıdır. Avropa Mərkəzi bankı üçüncü rübdən tez faiz artımı haqda düşünməyəcəklərini bildirirdilər, baxmayaraq ki Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard yanvarda verdiyi açıqlamada 4 dəfə faiz artımına gediləcəyini desə də, müharibə gündəliyi dəyişdi. Belə ki, Rusiya-Ukrayna müharibəsinin Avropada getməsi ilə bərabər bir sıra digər faktorların da avronun məzənnəsinə təsiri var”.

Dolların möhkəmlənməsinin və əsas valyutalar qarşısında dəyər qazanmasının manata təsirləri də maraq doğuran məsələlərdən biridir.

Ekspertin fikrincə, manatın dollara indeksləşdirilməsi milli valyutamızı bir sıra əsas valyutalar - avro, funt sterlinq kimi valyutaların qarşısında bahalaşdırır: “Bu isə ortamüddətli iqtisadi hədəflər üçün arzuolunan deyil. İndiki məqamda enerji resurslarının baha olması, ölkədə inflyasiyanın yüksək həddi manatın devalvasiya ehtimalını aşağı endirir. Çünki devalvasiyanın olması inflyasiyanı kəskin şəkildə sürətləndirə bilər və hazırkı 12% səviyyəsi 2-3 dəfə artar”.

Enerji resurslarının qiyməti yüksək olduğu üçün hökumətin buna dözdüyünü deyən X. Kərimli manatın bahalaşmasının hədəflərə uyğun gəlmədiyini bildirdi: “İstənilən halda manatın dollarla birgə dünya valyutaları qarşısında bahalaşması orta və uzunmüddətli iqtisadi hədəflərə uyğun deyil. Bu, ixrac qabiliyyətimizə mənfi təsir göstərərək iqtisadiyyatı bahalaşdırır. Dolların bahalaşması və uzun müddət belə qalması manatın devalvasiya ehtimalını növbəti illərdə gündəmə gətirə bilər”.

Oxunub: 463

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər