gundem / idman / dunya
13.05.2022, 16:00
"Liverpul" "Roma"nın futbolçusunu transfer edir
"Liverpul" heyətini ulduz futbolçu ilə gücləndirəcək.
"dogruxeber.tv" "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu "Roma"nın 22 yaşlı yarımmüdafiəçi Nikolo Zanyolonu transfer edəcək. Onun paytaxt təmsilçilçisi ilə sözləşməsi 2024-də başa çatır.
Qeyd edək ki, 2018-ci ildən "Roma"da çıxış edən Zanyolo bu mövsüm 37 matçda 7 qol və 8 məhsuldar ötürmə edib.



