Sumqayıt  bələdiyyəsinin  "qara-qura"  işləri... - VİDEO

"Vəzifə şirin olur" deyirlər.
Doğrudur, bu ifadəni hər kəs deyil, o "şirinliyi dadanlar" işlədir daha çox. Amma, əslində vəzifəni "şirin" göstərən, ona sahib olarkən, istədiyini edə bilmək fürsətidir. Bəlkə də bu fikrimizlə bəziləriniz razılaşmacaq ki, "məyər vəzifədə olan istədiyini edə bilər?!"

Haqlısınız, qanunla işləsələr edə bilməzlər. Amma, gəlin görək nə ərazisinə, nə əhalisinin sayına görə çox da böyük olmayan Azərbaycanımızda hansı vəzifəli şəxs, hansı məmur xalq üçün deyil, özləri üçün qanunlara tabe olurlar?

Təəssüf ki, qanunlar xalqın öz dili ilə desək, "kasıblar üçündür". O da həmişə yox. Baxır harda ?! O "kasıbı susdurmaq" lazım olanda...

Bəli, bu ölkə məmurlarının bizə düşünməyə və deməyə əsas verdiyi fikirdir. Söylədiklərimizə misal gətirəcək o qədər nümunələr var ki, sadalayıb çox vaxtınızı almaq istəmirik. Zatən bilirsiniz və əksəriyyətiniz də bu nümunələrin tərkib hissəsiniz.

Bu yazıda isə biz sizə yerlərdə İcra başçılarının "sağ əli" sayılan bələdiyyə sədrlərinin özbaşınalıqları barəsində danışacağıq.

"dogruxeber.tv" informasiya portalında tez-tez bələdiyyə və İcra başçılarının özbaşınalıqları gündəmə gətirilir. Təbii ki, bütün sözügedən məmurların hamısını bir yazıya sığdıra bilmərik. Odur ki, hər zaman olduğu kimi, bu dəfə də bir şəhərin bələdiyyə sədri və onun "himayədarı" (yaxını olduğu deyilən) icra başçısından danışacağıq.

Sumqayıt şəhər sakinləri tərəfindən belə bir məlumat daxil oldu ki, Sumqayıt şəhər bələdiyyəsinin sədri "şəhərin ana xətti" deyilən min kanalizasiya boru xəttinin üzərinə böyük bir obyekt inşa etdirir. Məlumat daxil olan kimi, dərhal media əməkdaşları sözügedən ünvana yollandı və videogörüntülərdə gördüyünüz kimi deyilənlərin həqiqət olduğunun şahidi oldular.

Şəhər sakinlərinin dediyinə görə İcra Hakimyyəti başçısı Zakir Fərəcovun yaxını olan bələdiyyə sədrinin özü üçün inşa etdirməkdə olduğu tikinti ərazisinə gəlib baxış keçirən su-kanal idarəsi də əvvəl etiraz edib. Lakin, nə hikmətsə, sonralar daha nə onlar ərazidə bir də görünüb, nə də tikintinin aparılmasında bir ləngimə (maneə) müşahidə olunub. Yəni, iş öz axarı ilə bu gün də davam etdirilməkdədir. Görüntüləri lentə alan media nümayəndələri ətraflı məlumat almaq üçün ərazidə tikintiyə cavabdeh bir şəxs tapa bilməyiblər.



P.S: Qeyd edək ki, sözügedən tikintinin videogörüntüləri artıq "MUM.TV" YouTube kanalımızda yayımlanıb və həmin paylaşımın şərh bölməsində Sumqayıt Şəhər İcra Hakimiyyəti artıq tikintinin dayandırıldığını yazıb.

"dogruxeber.tv" olaraq, vurğulayırıq ki, bu kimi tikintilər Sumqayıt şəhərində bir neçə ərazidə mövcuddur. Növbəti yayımlarımızda silsilələrlə onların da barəsində portalımızda məlumatlar yayımlayacağıq.

Diqqətiniz bizdə olsun!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 647

Son xəbərlər

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Bütün xəbərlər