Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

dogruxeber.tv: - Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib;

Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu “texniki detalların razılaşdırılması” ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək.

İrəvanın “texniki detal” bəhanəsi ilə prosesi uzatdığı, bununla “güzgü prinsipi”nin tətbiqinə - Azərbaycan Ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər.

Bəs Ermənistan nəyə ümid edir?

Prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür.

Zaxarova bildirir ki, “sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində “təmas qrupu” kimi etimad mexanizmləri yaradıla bilər”.

Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkcə “konsultativ yardımla” yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. “Təmas qrupu”nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması – bu, “təmas qrupu”, yaxud başqa formada ola bilər;

“Təmas qrupu”nun yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən “atəşkəsə nəzarət mexanizmi”nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormuzlayan İrəvana qarşı mümkün məcburetmə addımlarını da məhdudlaşdıra bilər;

Və mümkündür ki, Rusiya “təmas qrupu”nun yaradılması üçün “sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması” adı ilə Ermənistanın istədiyi “güzgü prinsipi”nin tətbiqindən yana mövqe sərgiləsin: bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir; görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir;

Sərhəddə mümkün yeni toqquşmalar da ruslara “təmas qrupu”, ermənilərə “güzgü prinsipi” üçün əsaslar yaradılması baxımından sərfəlidir.//dia.az
Asif Nərimanlı

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər