Peşə bayramı ərəfəsində Rafiq Aslanovun Prezidenti aldatmaq cəhdi baş tutacaqmı?

dogruxeber.tv: - Ölkəmizdə hər il qeyd edilən peşə bayramları ərəfəsində bir sıra şəxslərin orden və medallarla təltif edilməsi, fəxri adlara, eləcə də Prezident təqaüdünə layiq görülməsi artıq ənənə halını alıb. Dövlət başçımızın diqqəti və humanizmi sayəsində mütəmadi olaraq müəyyən xidmətləri olan xeyli sayda həmvətənimizin əməyi bu cür yüksək qiymətləndirilir.
Hər il keçirilən peşə bayramlarından biri yaxın vaxtlarda növbəti dəfə yenə qeyd ediləcək. Söhbət 5 iyun- su təsərrüfatı işçilərinin peşə bayramından gedir. Elə bu ilginc məlumatı sözügedən ASC-dəki mənbə əməkdaşımıza bildirib. Məlumata görə, artıq təltif olunacaq şəxslərin adları da məlumdur və bu həftə Prezidentə təqdim ediləcək.
Sözügedən siyahıdakı şəxslərin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov tərəfindən müəyyənləşdirildiyi bildirilir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov olsa da, adıçəkilən qurumda əsas söz sahibi kimi tanınan Rafiq Aslıanov təltif edilmə məsələsində də öz hökmünü yeridə bilib. Belə ki, mükafatlandırmaq üçün tərtib olunan siyahıda Rafiq Aslanovun özü başda olmaqla, yalnız ona yaxınlığı ilə tanınan şəxslərin adları yer alıb. Təbii ki, bu zaman həlledici şərt Rafiq Aslanovun şəxsi maraqlarının təmin olunması olub.
Sədr müavininin siyahısına əsasən, kimlərə “Əmək” ordeni, “Tərəqqi” medalı veriləcəyi, kimlərin “əməkdar mühəndis” adına layiq görüləcəyi artıq bəllidir. Rafiq Aslanovun planının baş tutacağı təqdirdə bayram ərəfəsi rəsmi şəkildə açıqlanacaq adların ciddi narazılıq yaradacağı şübhəsizdir. Çünki siyahıya elə şəxslərin adları daxil edilib ki, onlar nəinki mükafatlandırmalı, əksinə uzun illər büdcə vəsaitini taladıqlarına görə ciddi şəkildə cəzalandırmalıdırlar.
Rafiq Aslanovun özü başda olmaqla.//Arazxeber

Son xəbərlər

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Bütün xəbərlər