Neftçalada sakinlər bələdiyyə sədrinin əlində qalıblar - Əlibalanın məhkəmələrdə də hökmü keçir

Keçmiş bələdiyyə sədrindən şikayət edən Neftçala sakinləri müdafiəsiz qaldığını deyir. Bir müddət əvvəl bir qrup Neftçala sakini Xol Qaraqaşlı kəndinin keçmiş bələdiyyə sədri Əlibala Səlimovdan şikayət edib.

Onlar deyirdilər ki, Əlibala Səlimov əkinə yararlı torpaqları 49 illiyinə icarəyə verdiyi üçün əkinçiliklə məşğul ola bilmirlər.

Mürsəlqulu kənd sakini Çingiz Səmədov şikayət etdikləri üçün özü də daxil olmaqla 3 nəfərə xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını da söyləmişdi.

Mayın 6-da Neftçala rayon məhkəməsi həmin cinayət işi üzrə Əlibala Səlimovun xeyrinə qərar çıxarılıb.

"Məhkəmə deyir ki, Əlibala torpağı şumlaya bilər. Biz prosesə mane ola bilməyək deyə polis şöbəsinin əməkdaşları və məhkəmə icraçıları da vəziyyətə nəzarət edir”, - deyə o bildirir.

Kənd sakininin dediyinə görə, maddi imkanları olmadığından məhkəmə qərarından apelyasiya şikayəti verə bilməyiblər: "İki ildir gecəmiz-gündümüz yoxdur. Mayın 20-də qonum-qonşudan pul yığıb, son ümid yeri kimi Prezident Adminstrasiyasına getmişdik. Onlar da bizim şikayəti yönləndirib Daxili İşlər Nazirliyinə, onlar da Neftçala İcra Hakimiyyətinə. Daha bilmirlər ki, İcra hakimiyyətinə getməkdən ayaqqabımızın altı cırılıb. Bəlkə də vəkilimiz, müdafiəçimiz olsaydı işimiz çoxdan həll olardı”.

Xatırlatma

Xol Qaraqaşlı Bələdiyyəsinə Xol Qaraqaşlı və Mürsəlqulu kəndləri daxildir.

Ərazidə yaşayan kəndlilərin sözlərinə görə, 2020-ci ilə qədər bələdiyyə sədri olmuş Əlibala Səlimov fəaliyyəti zamanı 400 hektar bələdiyyə torpağını da öz xeyrinə uzunmüddətli icarəyə verib.

"Bu adam 20 il kolxoz, 18 il bələdiyyə sədri işləyib. Təkcə əkin üçün yararlı 150 hektar torpaq salyanlı fermerə icarəyə verilib və bundan bir manat da yerli büdcəyə köçürülməyib”, - sakinlərdən biri deyir.

İcarə məlumatlarında keçmiş bələdiyyə sədrinin 2018-2019-cu illərdə oğlu Özal Səlimova ümumilikdə 53,6 hektar torpağı 49 illiyinə icarəyə verdiyi görünür.

Həmin kənddən olan ictimai fəal, keçmiş bələdiyyə üzvü Vəfa Nağının sözlərinə görə, Ə.Səlimov sədr olduğu illərdə bütün torpaqları öz xeyrinə istifadə edib: "Əməllərini ictimailəşdirdikdən sonra məcbur qalıb, iki dəfə örüş yerlərini geri qaytardı. Amma, əlbəttə ki, 49 illik icarəyə verdiyi yerləri geri almaq çətin olacaq”.

Kəndin indiki bələdiyyə sədri Elnur Səfərov deyilənləri "Toplum TV”yə təsdiqləyib. Bələdiyyə sədri ondan öncə bələdiyyəyə məxsus 350 h torpağın çox hissəsinin yerli kəndlilərə, qalan hissəsinin qonşu kəndlərin fermerlərinə icarəyə verildiyini bildirib: "İki ildir bu kəndin bələdiyyə sədriyəm. Torpaqlar mən sədr seçilməzdən çox əvvəl satılıb. Bunlardan bütün təşkilatların xəbəri var. Başqa nə məlumat verə bilərəm ki?”

Kəndlilərin çoxsaylı şikayətlərindən sonra 2020-ci ilin aprelində Əlibala Səlimov sədrlikdən uzaqlaşdırılsa da, hələ də bələdiyyənin 9 üzvündən biridir.

Kənd sakini Çingiz Səmədov bələdiyyə sədri dəyişsə də, problemin qaldığını deyir: "Bütün hökmü yenə də özü verir. Orada doqquz adamdan yeddisi onun təyin etdiyi adamlardır. Qanunsuz əməllərindən 216 dəfə məktub yazıb, şikayət etmişik. Getmədiyimiz yer qalmayıb. Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Adminstrasiyasına qədər getmişik. Amma nə fayda?” (Toplum.tv)

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər