Məmur həbsləri niyə ZƏRURƏTƏ ÇEVRİLDİ... - GƏLİŞMƏ

Şirvan şəhərində daha bir antikorrupsiya əməliyyatı keçirilib. Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb. Həmçinin Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var. Həbslərin yeyintinin, korrupsiyanın az qalsın olmadığı güman edilən bir idarədə - Milli Arxiv İdarəsinin Şirvan şöbəsində aparılması ilk baxışdan heç nə demir.

Amma... Milli Arxiv İdarəsində insanların milliyyətini dəyişməkdən tutmuş, kimlərinsə mülkiyyət hüququnun ləğvi, yaxud bərpası kimi saxta proseslər aparmaq mümkündür. Eyni zamanda Şirvanda bələdiyyədə, Əmlak İdarəsində də həbslərin olması böyük fırıldağın üstünün açılmasından xəbər verir.

Əməliyyat zamanı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir. Bundan əlavə, Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı da həbs edilib. Ümumiyyətlə, ölkədə rüşvətxor məmurların həbsi dağlası başlanıb. Bundan bir neçə gün əvvəl də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Nəticədə Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, xidmətin Şəki ərazi şöbəsinin rəisi Mübariz Paşayev, Qazax ərazi şöbəsinin rəisi Ehtiram Eyvazov, Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev, eləcə də bələdiyyələrin və digər aidiyyəti qurumların vəzifəli şəxslər saxlanılıblar. Bundan başqa, Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin də qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yayılıb. Bütün bunlar sistemli antikorrupsiya tədbirləridir, yoxsa konkret şikayət və məlumatlar əsasında həyata keçirilən əməliyyatlardır? Dia.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu həbslər, kiçik məmurların məsuliyyətə cəlb olunması göstərir ki, sistemdə ciddi problemlər var. Mütəxəssisin fikrincə, zaman-zaman daha yüksək vəzifəli şəxslərin də həbsi baş verib, ancaq belə dalğalar problemin həllində rol oynamır: “Sistemin dəyişikliyə getməsi labüddür. Çünki həbslər işin keyfiyyətinin artımına səbəb olmur. Digər tərəfdən, regionlarda keçirilən əməliyyatlardan görünür ki, vətəndaşların şikayətləri, narazılıqları, sosial etirazları daha da artıb. Məhz bu şikayətlər əsasında həbslərə başlanır. Ona görə də idarəetmədə dəyişikliyə ehtiyac var”.

N.Cəfərli hesab edir ki, Arxiv İdarəsi rəisinin və vəzifəli şəxslərinin həbsi yalnız bir səbəbdən reallaşa bilər: “Azərbaycanda bir günlük kommersiya şirkətləri yaradılır, onlar tenderlərdə, müxtəlif satınalmalarda iştirak edirlər. Elə ki layihə başa çatır, şirkət bağlanır və arxiv idarəsinə göndərilir. Sonra arxiv idarəsindən arayış alırlar, şirkəti utilizasiya edirlər. Halbuki qanunvericiliyə əsasən şirkət bir neçə il saxlanılmalıdır. Çox güman ki, həbslər bununla bağlıdır, ağıla başqa fikir gəlmir”.

ALDP sədri Fuad Əliyevin fikrincə, həbslər konkret şikayətlər əsasında aparılır. Onun sözlərinə görə, antikorrupsiya tədbirləri davamlı olmaqla yanaşı, idarəçilikdə yeni yanaşmalar tətbiq edilməlidir: “Biz ölkəni ASAN Xidmət modelinə keçirə bilsək, bir çox probemlər, məmur özbaşınalıqları aradan qalxar. Hazırda əksər idarələrdə vəzifəli şəxslərin rüşvət və korrupsiya əməllərini ifşa etmək mümkündür. Çünki xərçəng kimi yayılıb”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər