Əliyevin Daşkənd səfərinin Türk Birliyinə FAYDASI... - İNCƏLƏMƏ...

dogruxeber.tv:- Cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri və cənab Şövkət Mirziyayev ilə olan görüşlərini yalnız iki ölkə münasibətləri çərçivəsində dəyərləndirmək doğru analiz deyil. İmzalanan müqavilələr bu səfərin ilk olaraq Qafqaz və Orta Asiyanı, daha geniş formada isə türk dünyasını mərkəzdə görən Avrasiya geosiyasəti baxımından böyük məna və əhəmiyyət daşıdığını göstərir.

Bu sözləri Axar.az-a Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professorun sözlərinə görə, iki qardaş ölkənin əməkdaşlığı xüsusilə türk dünyası üçün strateji önəm kəsb edir:

“İmzalanan müqavilələr və Bəyannamə Azərbaycan və Özbəkistan aralarındakı əməkdaşlığı regional, beynəlxalq layihələrlə genişləndirmək, strateji şəkildə çoxşaxəli bir səviyyəyə yüksəltmək və dərinləşdirmək məqsədi güdür. Bu baxımdan iqtisadi, turizm, texnologiya, sənaye, yük və sərnişin daşınması, nəqliyyat dəhlizləri və müdafiə sənayesi başda olmaqla, qeyri-qanuni miqrasiya ilə mübarizə, ətraf mühit, neft və qaz kimi sahələrdə əməkdaşlıqdan, kənd təsərrüfatından tekstil sektorlarında əməkdaşlığa qədər olan sahələri özündə əks etdirən müqavilələr güclü inkişafı təmin edəcək önəmli addımlardır. Səfər zamanı xüsusilə logistika, daşınma və dəhlizlər məsələsində Çindən Avropaya Xəzər üzərindən uzanan dəhlizin, Orta Asiya və Qafqaz dövlətlərinin əməkdaşlığının, Orta Dəhlizin inşasının əhəmiyyətinin vurğulanması diqqətçəkən məqamlardandır.

Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra təhlükəsizlik problemləri ilə bağlı narahatlıqların artdığı, geosiyasi zəlzələlərin meydana gəldiyi bir vaxtda hər iki lider qlobal sülhün bərqərar edilməsi üçün regiona çağırış edir və konkret layihələrlə sözügedən istiqamətdə öz mövqelərini sərgiləyirlər. Burada dövlətlərin ərazi bütövlüyü, suverenliyi, unitar quruluşları və müstəqilliklərinin qorunmasını əsas götürən xarici siyasət yanaşması çox əhəmiyyətlidir. Azərbaycan və Özbəkistan imzalanan müqavilələrlə müstəqilliyin qorunması istiqamətində qətiyyətlərini ortaya qoyur, mümkün təhdidlərə qarşı birlik mesajı verirlər. Özbəkistan Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Cənab Əliyev də Özbəkistanda çıxışları zamanı bunu xüsusi qeyd etdi. Bildirmək istəyirəm ki, bu səfər Qafqaz, Orta Asiya və türk dünyası başda olmaqla, xaos, toqquşma və müharibələrə qarşı çoxtərəfli iqtisadi, ticarət, sosial, mədəni əməkdaşlıqları əsas götürən addım kimi tarixə düşdü”.

Son xəbərlər

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

Bütün xəbərlər