Dərmanlar bahalaşır! - NƏ ETMƏLİ?

dogruxeber.tv: - Son dövrlərdə Azərbaycanda dərmanların qiymətində pərakəndə və kəskin artım müşahidə olunur. Tələbatı yüksək olan dərman preparatları ya tapılmır, ya da şişirdilmiş qiymətlərə satılır. Bütün bunlar azmış kimi Tarif Şurası bir sıra dərmanların qiymətini qaldırıb. Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15 faiz civarında bahalaşıb. Ancaq elə dərmanlar var ki, daha çox bahalaşıb. Məsələn, Medoklav dərmanının qiyməti 46 faiz artaraq 72 manata yüksəlib.

İqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanda dərmanların və digər tibbi avadanlıqların yüksək qiymətə satılmasının əsas səbəbi sözügedən sahənin idxaldan asılı olmasıdır:

"Yerli istehsalla bağlı müəyyən cəhdlər olsa da, nəticə effektsiz olub. İdxal prosesində belə rəqabət yoxdur. Ölkəyə dərman idxal edən təsərrüfat subyektlərinin sayı çox azdır. Bütün bunlar da son nəticədə dərman preparatlarının üzərinə qoyulan qiymətlərin daha yüksək olmasına gətirib çıxarır".

İqtisadçının sözlərinə görə, Tarif Şurasının dərmanların qiymətini bahalaşdırmasının ən əsas səbəbi isə qlobal inflyasiyalar, Rusiya-Ukrayna müharibəsidir:

“Ölkəyə gətirilən dərmanlar arasında Rusiyadan alınan preparatlar çoxluq təşkil edir. Müharibədən sonra da Rusiyada dərman istehsalı sahəsində ciddi problemlər ortaya çıxıb deyə Azərbaycana idxalın həcmi azalıb. Rusiyanın tibb sənayesində xammal ehtiyatının demək olar 80-82 faizi xaricdən idxal hesabına ödənirdi. Rusiyaya tətbiq olunan sanksiyalardan sonra həmin xammalın idxalında məhdudiyyətlər yaratdı deyə dərman sənayesində ciddi tənəzzül yaşanmağa başladı. Sözsüz ki, idxaldan asılı olan Azərbaycan da bu proseslərdən kənarda qala bilməzdi deyə dərmanların qiyməti sürətlə bahalaşır”.

Ekspertin fikrincə, baş verənlərdən nəticə çıxarıb yerli istehsala başlamaq lazımdır. Təbii ki, istehsal işini ölkədə təmin etmək kompleks yanaşma tələb edir.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər