Apteklərdə qıtlıq yaşanır — Bəzi dərmanlar niyə tapılmır?

dogruxeber.tv: - Dərdimizə dərman almaq üçün üz tutduğumuz apteklərdə hazırda bəzi dərmanlar qəhətə çəkilib. Həkimin təyin etdiyi dərmanı tapıb almaq üçün bəzən günlərlə gəzib, axtarmalı oluruq. Və nəticə olaraq, bütün əczaçılardan eyni cavabı eşidirik. Dərman uzun müddətdir ki, bitib. Artıq depoda da yoxdur. Bu isə təbii olaraq xəstəliyi qarşısında aciz qalan vətəndaşı narazı salır. Yaşanan bu situasiya artıq həkimləri də dilə gətirib.

Uzun müddətdir paytaxtdakı apteklərdə bəzi dərman preparatları tapılmır.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yoxa çıxan bəzi dərmanlar həm həkimləri, həm də pasientləri və onların yaxınlarını çıxılmaz vəziyyətdə qoyub. Tapılmayan dərmanlar əsasən psixi, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunan preparatrlardır. Söhbət Haloperidol, 5-NOK, Menovazin, Valerian ekstrakt, Denol, Anaprilin kimi dərmanlardan gedir. Bu preparatlar ölkəmizə əsasən Rusiya, Belarus və Ukraynadan gətirilir.

Əczaçılar da adıçəkilən dərmanların apteklərə gətirilmədiyini deyirlər.

Dərmanların tapılmaması həkimlərə də çətinlik yaradır. Psixiatr Vəfa Şirinova deyir ki, şizofreniya xəstələrinin müalicəsində istifadə edilən "Haloperidol" preparatı son vaxtlar tapılmadığı üçün pasientlərin müalicəsində ləngimələr olur. Vurğulanıb ki, bəzən alternativ dərmanlar tövsiyə edilsə də, onlar da effek vermir.

Məsələyə Səhiyyə Nazirlindən də münasibət bildirilib. Qeyd edilib ki, nazirlik dərmanların ölkəyə idxalı ilə məşğul olmur. Preparatlar ölkəyə ayrı-ayrı özəl şirkətlər tərəfindən gətirilir və apteklərə təhvil verilir.

Son xəbərlər

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Bütün xəbərlər