gundem / hadise / bolge
27.08.2022
Oğuzda meşə yanğını olub
Oğuzda meşə yanğını olub.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat dərc edilib.
Bildirilib ki, Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.



