gundem / hadise / bolge / Cəmiyyət
3.04.2022
Oğuzda meşə YANIR !!!
Oğuz rayonunda meşəlik ərazidə yanğın başlayıb.
"dogruxeber.tv"ın "Qafqazinfo"ya istinadən məlumatına görə, yanğın rayonun Xaçmaz-Qışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.


