gundem / sosial / Cəmiyyət
5.09.2022
Onun bizə ehtiyacı var _ FOTO
Ulularımızdan gələn və dini inanclarımızdan doğan bir adətimiz var ki, hər il məhərrəm ayında imkanı olan şəxslərdən kimisi evində, kimisi məscidlərdə imam ehsanı ehsanı verirlər.
Dini inanclarımızı yaşatmaq çox gözəldir, amma ehsanın savabı o ehsanda imkansız, yoxsul, ac insanların qarnı doyuruldugunda daha böyük olur.
Lakin, dəyərli müsəlman bacı-qardaşlarımız, bizim din bacı-qarraşlarımız var ki, bu gün onların bizə, yardımımıza ehtiyacı var.
Odur ki, mənim əzizlərim, elə imam ehsanı niyyətinə onlara əl tutmağın özü də böyük savabdır.
Bizim mərhəmətimizə ehtiyacı olan qardaşlarımızdan biri də Cəbrayıl rayonunun Horovlu kəndinin sakini Quliyev Vidadi Barat oğludur. Məcburi köçkündür. Çox acınacaqlı şəraitdə yaşayır. Ailəlidir. İki azyaşlı övladı var. Özü də qara ciyər serrozundan əziyyət çəkir. Yaşlı atası, anası da xəstədir. Bir qardaşı var və həmin qardaş həm gecə, həm gündüzlər işləyib üç xəstəyə və iki (qardaşının və özünün ailəsinə) baxır. Üstəlik də Vidadi qardaşın əməliyyatına lazım olan məbləği toplamaq üçün çarpışır.
Şükürlər olsun donor var. Lakin, əməliyyat üçün toplanan məbləğ ilə tələb olunan məbləğ arasında cəmi 2500 (iki min beş yüz) manat fərq var.
Əzizlərim, iki körpənin xatirinə Vidadi qardaşımızın cavan yaşda çəkdiyi bu ağrılardan xilas olmasına kömək olaq.
Çox deyil, elə hərəmiz 1 manat göndərsək, lazım olan məbləği, hətta bir neçə dəqiqədə toplaya, daha bir qardaşımızı həyata qaytara bilərik.
Hesab kartını aşağıda paylaşdıq.
Lütfən, əlimizdən gələni əsirgəməyək.





