Həssas qrup tərəfindən "Azəriqaz"a ünvanlanan müraciətlərin sayı açıqlandı

SOCAR “Azəriqaz” İstehsalat Birliyində Kütləvi İnformasiya Vasitələri və QHT nümayəndələri ilə növbəti görüş keçirilib.

"dogruxeber.tv" xəbər verir ki, “Açıq qapı” aksiyasında ilk olaraq Ermənistan ordusunun Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribatlar zamanı şəhid olmuş hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəhid ailələri, qazilər, veteranlar və digər statuslu vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşılaraq diqqətdə saxlanıldığını qeyd edib. Bunun bariz nümunəsi kimi şöbə rəhbəri son 8 ayda adıçəkilən həssas qrupun üzvləri tərəfindən ünvanlanan müraciətlərin həlli istiqamətində atılan addımları misal göstərib. Eldəniz Vəliyev cari ilin bu dövrü ərzində quruma daxil olan 710 müraciətdən 525-nin artıq icra olunduğunu vurğulayıb.

“Açıq qapı”da media nümayəndələri önündə çıxış edən Birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli qurumda 162 Qarabağ müharibəsi və 19 şəhid ailəsi üzvünün çalışdığını bildirib. Qurum rəsmisi, həmçinin qeyd edib ki, “Azəriqaz” İB-nin həyata keçirdiyi 'Mühəndis İnkişaf Proqramı"nda qalib gələn 148 nəfərdən 81-i Vətən müharibəsi iştirakçısıdır.

“Açıq qapı” aksiyasında, həmçinin 2022-ci ilin 8 ayı ərzində daxil olan ümumi müraciətlərin sayı da açıqlanıb. Bunun haqqında ətraflı məlumat verən Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev vurğulayıb ki, ünvanlanan 5412 müraciətdən əksəriyyəti debitor borcların hissə-hissə ödənilməsinə icazələrin verilməsindən ibarətdir. Şöbə rəisi eyni zamanda bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayında azalma müşahidə olunub.ətraflı:

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər