"Azəriqaz"la "Azəristiliktəchizat" arasında yeni razılıqlar əldə edilib

SOCAR “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbər şəxsləri arasında görüş keçirilib.

"dogruxeber.tv" xəbər verir ki, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev bəzi proseslərin qarşılıqlı razılaşma yolu ilə icra olunmasına dair çıxış edib. O, cari ayın sərfinin müəyyən olunması üçün sayğac göstəricilərinin növbəti ayın ilk 5 günündə götürülməsi təklifini irəli sürüb. SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu məsələdə lazımi dəstəyin veriləcəyini diqqətə çatdırıb.

Bundan əlavə, sayğaclar dövlət yoxlamasından keçirilən zaman “Azəristiliktəchizat” ASC-nin nümayəndəsinin də bu prosesdə iştirakının təmin olunması ilə bağlı müraciət olunub. Birlik rəhbəri bunun hər bir istehlakçının hüququ olduğunu qeyd edərək, istənilən müraciətin Birlik tərəfindən təmin edildiyini vurğulayıb.

Ruslan Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor SOCAR “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər