gundem / Cəmiyyət
26.09.2022
Keçmiş nazir FHN-də vəzifələri satırmış — İTTİHAM
Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan nazirlikdə vəzifələri satmaqda ittiham olunub.
"dogruxeber.tv" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, sabiq nazirlə birlikdə daha 12 məsul şəxs korrupsiyada şübhəli bilinir.
Qeyd edilib ki, Andranik Piloyan Göyçə gölü ətrafında qanunsuz olaraq daşınmaz əmlaka yiyələnib. Faktla bağlı cinayət işi açılıb, korrupsiya işində adı hallanan şəxslər saxlanılaraq istintaqa cəlb olunublar. /modern.az



