Keçmiş nazir İsmayıllıda yarımçıq qalan üsyanı Bakıya daşıyır?










Adı korrupsiya və müxtəlif qanunsuz əməllərdə hallanan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu dəfə ölkənin halal yolla biznes quran nüfuzlu iş xanımına qarşı məhkəmə iddiası qaldırıb.


Demokrat.az xəbər verir ki, mediada yayılan məlumatlara əsasən, keçmiş nazir xeyriyyəçi iş xanımı Məlahət Qurbanovaya qarşı qaldırdığı məhkəmə iddiasında guya onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılması tələbini irəli sürüb.


Keçmiş nazirin iddası üzrə cavabdehlər “Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir.


Qeyd edək ki, keçmiş nazirin iddiasına qarşılıq olaraq, əks iddia qaldıran “Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ələkbərovu sahəsi 253 kvadrat metr olan yarımzirzəmini qanunsuz olaraq, mənimsəməkdə ittiham edir.


Bu, keçmiş nazirin qanunsuz əməllərindən ibarət “zəncir”də sadəcə, bir həlqədir. Ələkbərov haqqından danışılan yarımzirzəmini zəbt etməklə kifayətlənməyərək, tikilinin arxasındakı geniş ərazini qanunsuz olaraq avtoparka çevirərək, gəlirlərini artırıb.


Əlbəttə ki, keçmiş nazir bu fəaliyyətinə görə dövlətə bir qəpik də vergi ödəməyib. Lakin davamlı şikayətlərdən və məsələnin media vasitəsilə ictimailəşdirilməsindən sonra Ələkbərov qanunsuz avtoparkı bağlamaq məcburiyyətində qalıb.


Bundan başqa, Ələkbərovun qardaşı vaxtilə İsmayıllıda icra hakimiyyətinin başçısı işləyib və sabiq nazirin oğlu ilə yaxın qohumlarının harınlığı rayonda bir neçə gün davam etmiş kütləvi iğtişaşlara səbəb olmuşdu. Nəticədə onlarla insan həbs edilmiş, dövlət əmlakına külli miqdarda ziyan vurulmuşdu.


Vəzifədən çıxarıldıqdan sonra isə qanunsuz yollarla qurduğu biznesini daha da genişləndirən Ələkbərov hazırda bu “imperiya”sını böyütmək üçün müstəqil iş adamlarına qarşı “səlib yürüşü”nə çıxıb.


Xəzər sahillərini də hasarlayan sabiq nazirin əməlləri göstərir ki, İsmayıllıda yarım qalan üsyanı Bakıda tamamlamaq istəyir.(Yenicag.az)

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər