gundem / dunya
28.10.2022
Mark buna görə milyarderlər sırasında 4 pillə gerilədi
Oktyabrın 27-də Meta-nın səhmləri azalaraq dörddə bir dəyər itirib.
"dogruxeber.tv" xəbər verir ki, bundan sonra adıçəkilən şirkətin qurucusu Mark Zukerberq bir gündə 11 milyard dollar geri düşüb.
"Forbes Real-Time"ın məlumatlarına görə, indi onun sərvəti 36 milyard dollardır.
Milyarder dünyanın ən varlı adamları siyahısında 25-ci yerdən 29-cu yerə düşüb.
Qeyd edək ki, oktyabrın 27-də ticarətin bağlanması ilə Meta səhmləri 2016-cı ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.



