Dövlət Departamenti Ermənistan-Azərbaycan danışıqları ilə bağlı Putinin bəyanatını “dezinformasiya” adlandırıb

dogruxeber.tv: - Cümə günü Dövlət Departamenti “nəzərdə tutulan plan” ilə əlaqədar Vladimir Putinin şərhini rədd edib. Rusiya prezidenti bildirir ki, Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar bu plan Vaşinqton tərəfindən təklif edilib, Turan-ın ABŞ-dakı müxbiri bildirib.

“Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək dezinformasiya davam edir”, - cümə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.

Çərşənbə günü Putin bildirib ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib və əlavə edib ki, Yerevan güzəştə getmək istəsəydi və buna “hazır olsaydı”, Rusiya “Ermənistana daha sərfəli sövdələşmə əldə etməyə kömək edərdi”.

Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır: “Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan “böyük tərəfdaş yoxdur”.

“1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.

Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib. "Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq", -Prays deyib.

ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə - “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir.

Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı Turan-ın sualının cavabında Prays deyib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərnə qərar verməlidirlər.

“Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”, – Prays deyib.//dogruxeber.tv

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər