gundem / Cəmiyyət
2.11.2022, 14:00
AQTA-nın mətbuat katibi işdən çıxdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə özü sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edək ki, A.Fərziyeva 2018-ci ildən bu vəzifədə çalışırdı. O bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da çalışdığı dövrdə isə “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi olub.



