gundem / siyaset
10.11.2022, 14:45
Nazirdən siyasi partiyalara maliyyə yardımı ilə bağlı AÇIQLAMA
“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”.
"dogruxeber.tv" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
QHT-lərə vəsaitlərin ayrılmasından danışan nazir bildirib ki, bu istiqamətdə bir neçə təklif səsləndirilib:
“Həm siyasi partiyalar, həm də QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət tərəfindən yardım göstərilir. Bu yardım ola bilsin ki, ildən-ilə istənilən həcmdə artırılmır. Bu məsələ hər zaman dövlətin diqqət mərkəzində olacaq”.



