gundem / Cəmiyyət
14.11.2022
Elnur Kələntərov işdən çıxdı
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov vəzifəsindən ayrılıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə o, özü məlumat paylaşıb.
“4 il işlədiyim kollektivdən - Dövlət Miqrasiya Xidmətindən ayrılmaq məcburiyyətindəyəm”, - deyə o bildirib.
E.Kələntərov bundan sonra fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini qeyd edib.



