gundem / hadise
19.11.2022, 14:45
Bakıda yük maşını ilə minik avtomobili toqquşdu - Ölən var
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"dogruxeber.tv" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.



