gundem / Cəmiyyət
22.11.2022, 16:45
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 23-ü gün ərzində şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonlarda isə noyabrın 23-ü gün ərazində bəzi yerlərdə qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.



