Naxçıvana ayrılan dotasiya azaldılır

"2023-cü ilin dövlət büdcəsinə bir sıra dəyişikliklər edilib. Gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılır".

"dogruxeber.tv" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat Azərbaycanın yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək:

“Yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək".

S.Şərifov qeyd edib ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.

O əlavə edib ki, büdcəyə üçüncü texniki düzəliş İçərişəhər Qoruğu İdarəsinin və Şəmkir rayonunun yerli xərclərinin tənzimlənməsi üçün müvafiq xərc bölməsində cəm olaraq 1, 5 milyon manat məbləğində yerdəyişmələr olacaq.

O qeyd edib ki, bu hesaba icmal büdcədə də dəyişikliklər baş verəcək. “Naxçıvan MR büdcəsinin gəlirlərinin 20 milyon manat artırılması nəticəsində icmal büdcənin gəlirləri 33 milyard 26 milyon manat, xərcləri isə 37 milyard 969 milyon manat təşkil edəcək, kəsiri isə 4 milyard 944 milyon manat olmaqla eyni səviyyədə qalacaq. İcmal büdcənin tərkibində Naxçıvan MR büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 635, 3 milyon manat, o cümlədən dövlət büdcəsindən ayrılan dotasiya 449,8 milyon manat, öz gəlirləri isə 185,5 milyon manat təşkil edəcək. Eyni zamanda edilən dəyişikliklər büdcə qaydasının tələblərinə uyğundur və icmal büdcənin qeyri-neft baza kəsiri ÜDM-də xüsusi çəkisinə hədəflənən yuxarı həddinin göstəricisini keçmir. Təklif olunan düzəlişlər nəzərə alındığı təqdirdə qanun layihəsinin 7.1–ci maddəsinin ümumi dövlət xidmətləri bölməsinin 3 milyard 786 milyon, 680 min 983 manat rəqəmi 3 milyard 775 milyon 563 min 483 manat rəqəmi ilə əvəz edilməsi, bununla əlaqədar eyni zamanda müdafiə xərcləri bölməsi üzrə də müvafiq dəyişiklikləri və mədəniyyət və incəsənət, bədən tərbiyəsi və eyni zamanda mənzil və kommunal təsərrüfatı bölmələri üzrə qanunun 7.7, 7.8 və 7.10 bölmələrində müvafiq dəyişikliçklər edilməsini şərtləndirir. Eyni zamanda qanunun 15-ci maddəsində icmal büdcənin xərclərinin yuxarı həddini 37 milyard 949 milyon 346,5 milyon manat rəqəminin 37 milyard 969 milyon 346,5 manat rəqəmi ilə əvəz edilməsi təklif olunur”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər