“Azərbaycan Dəmir Yolları” QSC-də 5 aylıq xaos dövrü

dogruxeber.tv: - “Mediatv.az” saytında artıq xeyli vaxtdır ki, dəmiryol sistemində baş alıb gedən talanlar, qanunsuzluqlar, hüqupozmalar mövzusunda məqalələr təqdim edir. Bu vaxt ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi dəyişmiş, Rövşən Mürvət oğlu Rüstəmov QSC-nə sədr təyin edilmişdir. Ona qədər sədr vəzifəsini icra edən sədr müavini Hicran Valehovun rəvac verdiyi qanunsuzluqların izi hələ ki isti olsa da, belə görünür onları araşdıran yoxdur. Sanki cəmiyyəti belə fikirlə barışdırmaq istəyirlər ki, Cavid Qurbanovun rəhbər vəzifədən getdiyi 24 may 2022-ci il tarixdən Rövşən Rüstəmovun sədr təyin olunduğu 25 oktyabr 2022-ci il tarixədək ötən 5 ay ərzində dəmiryol sistemində kim nəyi, nə qədər talan eləyibsə - eləyib, itirib-axtaran olmayacaq.

Hərçənd, bu qaranlıq 5 ay üçün hesab sorulmalı şəxs təkcə Hicran Valehov deyil. Əvvəlki məqalələrdə adlarını çəkdiyimiz Saatlı, Yevlax Dəmiryol Sahələrinin rəisləri ilə isə kiçik məmurlardır. Etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumata görə, Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərliyi dövründə (departamentə yeni rəis təyin olunana qədər) onun qeyri-peşəkarlığından istifadə edərək Departamentin baş mühəndisi Əfqan İsrafilov və Yol xidmətinin rəisi Xəlil Alışov tərəfindən də çoxlu sayda qanun pozuntularına yol verilib.Belə ki Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərlik etdiyi dövrdə təzə ağac şpalları, çevirici tirləri, yarım-yararlı relsləri Abşeron stansiyasında Loqistika mərkəzinə, Şimal sahəsində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq yoldan çıxarılan yoldəyişənlərin ən azı 16 dəstini "KONTUR" Şirkətinə nəğd pula satılmışdır. Satılmış təzə materiallar əsasən Xaçmaz, Biləcəri, Ələt, Hacıqabul yol sahələri tərəfindən silinmişdir. Əgər yoxlama aparılarsa, göstərilən faktlar artıqlaması ilə öz təsdiqini tapacaqdır.
Mövzuya qayıdacağıq.

Son xəbərlər

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Bütün xəbərlər