gundem / siyaset
12.12.2022
"Ermənistanın Azərbaycana ehtiyacı var" - Paşinyan
Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyası var.
"dogruxeber.tv" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan IV Qlobal Forumunda çıxışı zamanı deyib.
"İdeya yeni deyil, kifayət qədər köhnədir, mən həmişə o ideyanı dəstəkləmişəm, lakin mən təklif etmişəm ki, bu platforma, ilk növbədə, yalnız və yalnız regionumuzdan nifrət nitqinin kökünün kəsilməsi istiqamətində istifadə olunsun”, - Paşinyan bildirib.
Həmçinin, o Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin çox önəmli olduğunu vurğulayıb.
"Bu yaxınlarda Türkiyədə verilən bəyanatla razılaşdığımı bildirmək istəyirəm və ideya ondan ibarət idi ki, regionun bütün dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə lazımdır. Və bu, çox vacibdir”, - Nikol Paşinyan bəyan edib.



