gundem / siyaset / Cəmiyyət
12.12.2022
Sülhməramlıların komandanı azərbaycanlı etirazçılarla görüşə gəlmir
Qarabağda sülhməramlıların komandanı general Volkov azərbaycanlı etirazçıların tələbinə baxmayaraq onlarla görüşə gəlməyib.
"dogruxeber.tv" Demokrat.az-a istinadən bildirir ki, bu barədə Şuşada ekoloqların keçirdiyi aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev bildirib.
Onun sözlərinə görə, aksiya 3 saatdan artıqdır davam edir, lakin komandan Volkov hələ də aksiya keçirilən yerə yaxınlaşmayıb.
Qeyd edək ki, Ağdərədə qızıl mədənlərini qeyri-qanuni istifadə edilməsinə qarşı Azərbaycanın ekoloji QHT-ləri Şuşada aksiya keçirir. Onlar Laçın dəhlizini bağlayıb və hazırda aksiya davam edir. Onlar sülhməramlıların rəhbəri general Volkovla görüş tələb edirlər.



