gundem / dunya
13.12.2022
Britaniya 10 rusiyalı generala sanksiya tətbiq etdi
Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin komandanlığına daxil olan 10 general və 2 polkovnikə sanksiya tətbiq edib.
"dogruxeber.tv" xəbər verir ki, Rusiya qanadlı raketlərinin proqramlaşdırılması və hədəflənməsinə cavabdeh olan bölmənin komandiri kimi tanınan general-mayor Robert Baranov da sanksiya siyahısına düşənlər arasındadır.
Bildirilib ki, rəsmi London Rusiyaya PUA tədarük etməkdə ittiham etdiyi İran sahibkarlarına və məmurlarına da qarşı sanksiya tətbiq edəcək.



