Azərbaycan XİN-dən Fransaya CAVAB

Xarici İşlər Nazirliyinin 13 dekabr tarixli bəyanatında qeyd edildiyi kimi, Şuşa-Laçın yolunun guya Azərbaycan tərəfindən bağlandığı və bununla guya humanitar böhran yaşana biləcəyi barədə iddiaların heç bir əsası yoxdur.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına daim maneçilik törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi öhdəliklərinə uyğun olaraq son iki il ərzində Laçın yolunu yenidən qurub və yolun məhz humanitar məqsədlər üçün istifadəsinə geniş şərait yaradıb.

Ümumiyyətlə, sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə Üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. Eyni zamanda, Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər”.

Qeyd edək ki, 13 dekabr tarixində Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibləri bəyanat verərək “Azərbaycan tərəfini Laçın yolunu açmağa çağırıb, yolun bağlanmasının erməni əhali üçün humanitar nəticələrə gətirib çıxara biləcəyini qeyd ediblər”..

Son xəbərlər

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Bütün xəbərlər