gundem / siyaset
14.12.2022, 17:30
Bu ilin sonunda üçtərəfli görüş ola bilər
Kreml Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bu ilin sonuna qədər görüşə biləcəyini istisna etmir.
"dogruxeber.tv" xəbər verir ki, dekabrın sonunda Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, həmin tədbir çərçivəsində Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında görüş də mümkündür.



