Sabirabadın təhlükəli təhsil müəssisəsindən görüntülər - VİDEO

"dogruxeber.tv" informasiya portalında ötən həftə Sabirabad rayon, Şəhriyar kənd sakini Rauf Həsənovun orta məktəbi barəsindəki giley-güzarı yayımlanmışdı.
"Kanal14" YouTube kanalımızda yayımlanan"Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Rauf Həsənov sakini olduğu Sabirabad rayon Şəhriyar kəndinin 8 şəhid vermiş orta məktəbinin bərbad şəraitindən, sinif otaqlarının soyuq olmasından, məktəbin istilik sistemlərinin, akt zalının döşəməsinin sökülüb satılmasından bəhs etmişdi.

Bu dəfə isə "Kamalın zamanı" proqramı ilə Şəhriyar kəndinin daha bir sakini Namiq Fərzəliyev canlı bağlantı yaradaraq, sinif otaqlarında qızdırıcı kimi təhlükəli neft sobalarından istifadə edildiyi, eyni zamanda həmin sobalara da ucuz başa gəlsin deyə, neft deyil, mazutla çalışdırıldığını vurğulayıb.

Namiq Fərzəliyevin sözlərinə görə məktəbdə neft yanacağının alınması üçün pul silinir, lakin həmin silinən məbləğin cüzi bir hissəsinə neft deyil, mazut alınır. Hansı ki, sinif otaqlarında yandırılan mazutun tüstü və zəhərli qazının uşaqların nəfəs almalarında nə qədər çətinlik yaratdığını və ciyərlərini zəhərlədiyini də uşaqdan böyüyə hər kəsin bildiyi reallıqdır.
Üstəlik də sakinlər bildirirlər ki, durumdan narazı valideynlər məktəbin mövcud vəziyyətini lentə almasınlar deyə, məktəbə buraxılmırlar.



Amma, işin əslini düşünəndə ,21-ci əsrdə Elm və Təhsil nazirinin, eləcə də nazirliyn səlahiyyətli nümayəndələrinin pafosla xüsusi vurğuladıqları "Müasir Azərbaycan təhsili"nin təməli olan bu və digər bir neçə orta məktəblərin bu cür şəraitsiz olmasında nə müəllimin günahkardır, nə də direktor.

Dövlət büdcəsindən demək olar ki, hər il ayrılan milyonların haralara sərf edildiyini yalnız özü bilən aidiyyatı qurum bu cür problemləri nəzarətə götürməli, birdən-birə olmasa da, heçolmasa ardıcıl şəkildə həlli istiqamətində gərəkən addımları atmalıdır.

Amma, təəssüflər olsun ki, son illər demək olar ki, bütün sahələrdə saysız şikayətlər və şikayətçilər olmadıqca, aidiyyatı qurumlar yaranmış problemləri aradan qaldırmaq barəsində düşünmürlər.

Amma, göründüyü qədərilə təhsil sahəsindəki şikayətlər və şikayətçilər "lazım olan limit"in pik həddindədirlər.

Mövzuya deyəsən hələ çox qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 565

Son xəbərlər

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

Bütün xəbərlər